23 Fevral 2023, 15:20
Deyan Lovren milli karyerasını bitirdi

"Olimpik Lion"da çıxış edən xorvatiyalı müdafiəçi Deyan Lovren millidəki karyerasını başa vurduğunu açıqlayıb.
"Operativ Media" xəbər verir ki, futbol həyatını Fransa Liqa 1 komandalarından olan "Olimpik Lion"da davam etdirən təcrübəli müdafiəçi Deyan Lovren sosial media hesabı ilə Xorvatiya Milli Komandasından ayrıldığını açıqlayıb. Karyerası ərzində "Liverpul", "Zenit" və "Dinamo Zaqreb"də də çıxış edən 33 yaşlı futbolçu Xorvatiya millisi ilə 78 matçda 5 qol vurub. Lovren Xorvatiya Milli Komandası ilə 2018 Dünya Çempionatında ikinci, 2022 Dünya Çempionatında üçüncü yeri tutub.