Tbilisidə ticarət mərkəzində yanğın baş verib - YENİLƏNİB
Operativ Media
Tbilisi şəhərində yerləşən "Kidobani" ticarət mərkəzində baş verən yanğın tam söndürülüb.
Operativ Media xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının başvermə səbəbləri və dəymiş zərərin həcmi müvafiq qurumlar tərəfindən araşdırılır.
21:30
Tbilisi şəhərində yerləşən "Kidobani" ticarət mərkəzində yanğın qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidməti məlumat yayıb.
Məlumata görə, yanğın ticarət mərkəzində fəaliyyət göstərən mağazalardan birində başlayıb.
Hadisə yerinə operativ şəkildə yanğınsöndürmə və xilasetmə briqadaları cəlb olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net