Türkiyədə məktəblərdə tətil elan edilib
Operativ Media
Türkiyənin bir neçə vilayətində qeyri-sabit hava şəraiti səbəbindən məktəblərdə tətil elan edilib.
Operativ Media xəbər verir ki, bu barədə vilayət administrasiyaları məlumat yayıb.
Qeyd olunub ki, İstanbulda gözlənilən güclü qar yağışına görə yanvarın 12-si məktəblərdə qeyri-dərs günü elan olunub.
Kahramanmaraş və Sivasda da analoji səbəbə görə bir gün dərs olmayacaq. Tunceli vilayətində isə məktəb və universitetlərdə yanvarın 12-si və 13-ü qeyri-dərs günü olacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net