Menyu

Fəzail Bayramov küçəsinin bir hissəsi gecə saatlarında təmir olunub

Operativ Media
Fəzail Bayramov küçəsinin bir hissəsi gecə saatlarında təmir olunub

Bakının Xətai rayonunun Fəzail Bayramov küçəsinin bir hissəsi təmir edilib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Ərazidə gündüz saatlarında müşahidə olunan nəqliyyat sıxlığı nəzərə alınaraq, hərəkətin məhdudlaşdırılmaması üçün işlər gecə saatlarında icra olunub.

Ümumilikdə təqribən 5 500 kvadratmetr sahədə köhnə asfalt örtüyünün frezlənməsi və yeni asfalt-beton örtüyünün döşənməsi təmin olunub.

Aparılan işlər nəticəsində sözügedən hissədə nəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkəti təmin edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər