Menyu

Kimpembe karyerasını Qətərdə davam etdirəcək

Operativ Media
Kimpembe karyerasını Qətərdə davam etdirəcək
1 dəq oxu

Fransa millisinin sabiq müdafiəçisi Presnel Kimpembe karyerasını Qətərin ikinci divizionunda mübarizə aparan "Əl-Xaritiyat" klubunda davam etdirməyə yaxındır.

​Operativ Media xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb. Azad agent statusunda olan 30 yaşlı futbolçu son olaraq "Qətər SK" komandasının şərəfini qoruyub.

​Fransalı müdafiəçi 2025-ci ilin sentyabrında PSJ-dən ayrılaraq "Qətər SK" klubuna transfer olunmuşdu. O, bu komandanın heyətində keçirdiyi 11 oyunda (5 matçda əvəzlənmədən çıxış edib) məhsuldar göstəricilərlə fərqlənə bilməyib.

​Qeyd edək ki, 2023-cü ilin fevralında aşil vətərinin qopması səbəbindən təxminən iki mövsüm yaşıl meydanlardan kənar qalan Kimpembe, Fransa milli komandası ilə 2018-ci ildə dünya çempionu olub və yığmanın heyətində ümumilikdə 28 matçda forma geyinib.

Əlaqəli Xəbərlər