Filippində batmış bərənin sualtı axtarışları dayandırılıb
Operativ Media
Yanvarın 26-da Basilan yaxınlığında batmış sərnişin gəmisinin sualtı axtarışları başa çatıb.
Operativ Media Filippinin Sahil Mühafizəsi Xidmətinin məlumatına istinadla xəbər verir ki, Baluk-Baluk adası yaxınlığında 27 gün davam edən əməliyyat zamanı gəmidən 22 cəsəd çıxarılıb. Bununla da ölənlərin sayı 65-ə çatıb, 14 nəfər itkin düşmüş hesab olunur. Qəza zamanı azı 293 sərnişin xilas edilib.
Bildirilib ki, dalğıclar güclü sualtı cərəyanlar və məhdud görünüş şəraitində gəminin bütün hissələrini yoxlayıblar. Hadisə ilə bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net