Menyu

Bakının iki rayonunda qaz olmayacaq

Operativ Media
Bakının iki rayonunda qaz olmayacaq

İyulun 24-də Bakının Xəzər və Sabunçu rayonlarına aid bir sıra ərazilərdə qaz verilməsində müvəqqəti fasilə gözlənilir.

Bu barədə Operativ Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Qeyd olunub ki, fasilənin səbəbi həmin ərazilərdə təmir-quraşdırma işlərinin həyata keçirilməsidir.

Məlumata görə, saat 10:00-dan etibarən işlər yekunlaşanadək Xəzər rayonunun Buzovna qəsəbəsi, Albalılıq və Atçılıq yaşayış massivləri, eləcə də Sabunçu rayonunun Zabrat qəsəbəsi, Oktyabr, R. Axundov və L. Məmmədbəyova küçələrində qaz təchizatında qısamüddətli fasilə olacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər