Reuters: Yeni cəbhələr açılır
Əsəd Abbaslı
İran ətrafında davam edən gərginlik yeni mərhələyə daxil olub və qarşıdurmanın coğrafiyası genişlənməkdədir.
Operativ Media xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ-nin təxminən iki həftə davam edən hava zərbələrini ilk dəfə dayandırmasına baxmayaraq, qarşıdurma artıq Yaxın Şərqlə məhdudlaşmır.
Gərginliyin həm Qırmızı dəniz, həm də Xəzər dənizi istiqamətində genişləndiyi bildirilir.
Agentliyin məlumatına əsasən, İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilində yerləşən enerji obyektlərinə, o cümlədən Cizan bölgəsindəki Aramco infrastrukturuna raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Yanbu limanı yaxınlığında isə təhlükəsizlik qüvvələrinin raketləri zərərsizləşdirməyə çalışdığı qeyd olunub. Buna cavab olaraq Səudiyyə Ərəbistanının husilərin mövqelərinə hava zərbələri endirdiyi bildirilib.
Eyni zamanda, Tehran Ukraynanı Xəzər dənizində İran bayrağı altında üzən ticarət gəmisinə hücum etməkdə ittiham edib.
İran tərəfi hadisə nəticəsində bir dənizçinin həlak olduğunu açıqlayıb və bunu regionda gərginliyin yeni istiqamətdə genişlənməsinin göstəricisi kimi qiymətləndirib.
Reutersin məlumatına görə, ABŞ hava əməliyyatlarını dayandırsa da, İrana qarşı tətbiq etdiyi dəniz blokadasını qüvvədə saxlayır.
Agentlik qeyd edir ki, Vaşinqtonun bu qərarı sursat ehtiyatları, hərbi hazırlıq səviyyəsi, enerji bazarlarına mümkün təsirlər və regionda daha geniş eskalasiya riskləri ilə əlaqələndirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net