İran ABŞ ilə mesaj mübadiləsini təsdiqlədi
Operativ Media
İranla ABŞ arasında mesaj mübadiləsi aparılır.
Operativ Media "Fars" agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai deyib.
"Amerikalılar mesaj mübadiləsi aparırlar, lakin bizim üçün prioritet suverenliyin, ərazi bütövlüyünün qorunması və xalqımızın hərbi cinayətlərdən müdafiəsidir", - o bildirib.
Bəqainin sözlərinə görə, diplomatiya üçüncü dəfə xəyanətə məruz qalıb:
"Unutmayın ki, son bir ildə bu cür hadisə artıq üçüncü dəfədir baş verir. Əvvəllər iki dəfə, biz danışıqlar apardığımız zaman ABŞ və İsrail tərəfindən hücum hədəfinə çevrilmişik".
İran XİN-in sözçüsü vurğulayıb ki, ABŞ-nin hücumları İslamabad Anlaşma Memorandumunun kobud şəkildə pozulmasıdır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net