Menyu

Bakının iki rayonunda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Operativ Media
Bakının iki rayonunda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 30-da görüləcək işlərlə əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək İnşaatçılar və Nəriman Nərimanov prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.

Operativ Media xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb.

Xətai rayonunda saat 09:00-dan saat 17:00-dək cari təmir işləri ilə bağlı Xocalı prospekti, Natiq Əliyev, Fəzail Bayramov, İzzət Orucova, Ayaz İsmayilov və Mehdi Mehdizadə küçələrinin elektrik enerjisi verilişində fasilə olacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər