İsrail "F-35"ə rəqib ola biləcək döyüş pua-sı hazırlamağı planlaşdırır
İsrail ABŞ-nin "F-35" qırıcısının imkanlarına cavab verən yeni nəsil döyüş pilotsuz uçuş aparatı istehsal etməyi hədəfləyir.
Operativ Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbəyinə istinadən məlumat yayıb.
Məlumata görə, rəsmi Təl-Əviv Vaşinqtondan gələn hərbi yardımların həcmini tədricən azaltmaq və onu birgə silah işlənməsi və istehsalı proqramları ilə əvəzləmək niyyətindədir. Bu strategiya çərçivəsində ərsəyə gətirilməsi nəzərdə tutulan döyüş PUA-sının layihələndirilməsi prosesinə digər dövlətlərin də cəlb oluna biləcəyi bildirilib.
Bununla yanaşı, "Axios" portalının daha əvvəl yaydığı xəbərdə İsrailin Baş naziri Binyamin Netanyahunun iyulun 28-də ABŞ Prezidenti Donald Trampla görüşü zamanı amerikalı tərəfdaşlarından alınan hərbi dəstəyi 10 il ərzində sıfıra endirməyi planlaşdırdığını dediyi qeyd olunub.