Menyu

Məhəmməd Cəmil: Azərbaycan və Türkiyə qardaşlığının möhkəm qalmasını arzulayıram

Əsəd Abbaslı
Məhəmməd Cəmil: Azərbaycan və Türkiyə qardaşlığının möhkəm qalmasını arzulayıram

Türkiyədən Azərbaycana səfər edən TİKA İnkişaf Elçiləri proqramının iştirakçıları Bakı Türk Şəhidliyini ziyarət edərək təəssüratlarını bölüşüblər.

Operativ Media xəbər verir ki, proqram iştirakçısı Məhəmməd Cəmil Azərbaycan xalqının qonaqpərvərliyindən, TİKA-nın ölkəmizdə həyata keçirdiyi layihələrdən və Türk Şəhidliyini ziyarət zamanı yaşadığı duyğulardan danışıb.

Məhəmməd Cəmil bildirib ki, TİKA İnkişaf Elçiləri layihəsi çərçivəsində Azərbaycana gəldiklərini və Bakı Türk Şəhidliyində olmaqdan böyük qürur hissi keçirdiklərini deyib.

"Burada olmaq həm qürurverici, həm də çox duyğusal idi. Şəhidlərimizin müxtəlif bölgələrdən gələrək burada qəhrəmancasına can verdiklərini öyrənmək bizi dərindən təsirləndirdi", – deyə o qeyd edib.

Onun sözlərinə görə, səfər çərçivəsində TİKA-nın Azərbaycanda həyata keçirdiyi çoxsaylı layihələrlə yaxından tanış olublar. O bildirib ki, TİKA-nın fəaliyyəti yalnız maddi dəstəklə məhdudlaşmır, eyni zamanda Qarabağ şəhidlərinin ailələrinə mənəvi dəstək göstərilir, dializ mərkəzlərində müalicə alan insanlara ümid olunur və kənd təsərrüfatı sahəsində çalışan fermer ailələrinə kömək edilir.

Məhəmməd Cəmil Azərbaycan xalqının onlara göstərdiyi səmimi münasibətdən də bəhs edərək bildirib ki, səfər müddətində özlərini heç vaxt xarici ölkədə hiss etməyiblər.

"Can Azərbaycan xalqı bizə hər zaman gülərüz və mehriban yanaşdı. Biz burada özümüzü xarici ölkədə deyil, öz evimizdə hiss etdik. Bu səfər 'Tək millət, iki dövlət' kəlamının mənasını bizim üçün daha da dərinləşdirdi", – deyə o vurğulayıb.

Sonda Məhəmməd Cəmil Azərbaycan və Türkiyə qardaşlığının daim möhkəm qalmasını arzulayaraq hər iki ölkənin birliyinin əbədi olmasını diləyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər