Menyu

Təhsil Tələbə Krediti Fondunun rəqəmsal platforması Qızıl Mükafata layiq görülüb

Şəfa Hüseynli
Təhsil Tələbə Krediti Fondunun rəqəmsal platforması Qızıl Mükafata layiq görülüb

Təhsil Tələbə Krediti Fondunun "Elektron Təhsil Tələbə Krediti" rəqəmsal platforması dünyanın nüfuzlu rəqəmsal kommunikasiya müsabiqələrindən biri olan dotCOMM Awards 2026 çərçivəsində Qızıl Mükafata (Gold Award) layiq görülüb.

Bu barədə Operativ Media-ya Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.

Bildirilib ki, bu beynəlxalq uğur təhsil xidmətlərinin rəqəmsallaşdırılması, vətəndaşlara şəffaf və əlçatan xidmətlərin təqdim edilməsi istiqamətində həyata keçirilən sistemli fəaliyyətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir.

Əldə olunan bu nailiyyət Fondun rəqəmsal transformasiya istiqamətində həyata keçirdiyi işlərin, innovativ yanaşmasının və vətəndaş mərkəzli xidmət modelinin beynəlxalq səviyyədə tanınmasının növbəti təsdiqidir.



Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər