Menyu

Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq

Operativ Media
Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq

Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) Operativ Media-ya verilən məlumata görə, avqustun 3-də 35 kV-luq Xətai elektrik verilişi xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar 35/10 kV-luq Xətai yarımstansiyasından qidalanan elektrik xətlərində müvəqqəti enerji fasiləsi yaranacaq.

Bununla əlaqədar olaraq, avqustun 3-də saat 05:00-dan 07:00-dək Məktəb, Xətai Qəsəbə və Asfalt Zavod hava elektrik verilişi xətləri üzrə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Nəticədə Naxçıvan şəhərinin 21, 22, 35, 36, 48, 49, 50 və 52-ci məhəllələrində, həmçinin Abbas Zamanov və Xətai küçələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Bildirilib ki, işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərin abonentləri elektrik enerjisi ilə təmin olunacaqlar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər