Menyu

Tramp İrana planlaşdırılan zərbəni ləğv etdiyini açıqlayıb

Operativ Media
Tramp İrana planlaşdırılan zərbəni ləğv etdiyini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp tərəflər arasında razılaşmanın ən qısa zamanda bağlanması şərtilə İrana planlaşdırılan zərbəni ləğv etdiyini bildirib.

Operativ Media xəbər verir ki, o bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

Trampın sözlərinə görə, ABŞ tam döyüş hazırlığı vəziyyətindədir, lakin gələcək razılaşmanın ümumi şərtləri üzrə razılığa gəlmək mümkün olduğu üçün İran və digər Yaxın Şərq ölkələri hücumdan imtina etmək xahişi ilə Vaşinqtona müraciət edib.

Amerika lideri qeyd edib ki, razılaşmalar Hörmüz boğazının dərhal açılmasını və İran tərəfindən nüvə təhdidinə son qoyulmasını nəzərdə tutur.

"Bu xahişdən çıxış edərək, razılaşmanı tez bir zamanda bağlamağın mümkün olması şərtilə mən hücumu ləğv etməyə razılaşdım", - Tramp yazıb.

O, həmçinin İsrailin bu qərarı dəstəklədiyini bəyan edib və tərəfləri danışıqları mümkün qədər tez başa çatdırmağa çağırıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər