Menyu

Vahid Hacıyev: Cəbrayıl, Qubadlı və Zəngilanda bərpa-quruculuq işləri sürətlə davam edir

Operativ Media
Vahid Hacıyev: Cəbrayıl, Qubadlı və Zəngilanda bərpa-quruculuq işləri sürətlə davam edir

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında salınacaq bütün yaşayış məntəqələri dayanıqlı inkişaf prinsipləri əsasında planlaşdırılıb və biz gündəlik fəaliyyətimizi də məhz bu prinsiplərə uyğun şəkildə həyata keçiririk.

Artıq Cəbrayıl və Zəngilan şəhərlərinə, eləcə də Horovlu, Şükürbəyli, Ağalı və Məmmədbəyli kəndlərinə sakinlərin köçü təmin olunub. Hazırda Zəngilan və Cəbrayıl şəhərlərində məskunlaşma prosesi davam edir.

Operativ Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılışı zamanı çıxışında söyləyib.

O bildirib ki, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində, Qubadlı şəhərində, eləcə də digər kənd və qəsəbələrdə tikinti, yenidənqurma layihələri intensiv şəkildə icra olunur.

“Artıq həmin ərazilərdə minlərlə insan yaşayır, firavan həyat qurur və müxtəlif sahələrdə fəaliyyət göstərərək regionun sosial-iqtisadi inkişafına öz töhfəsini verir”, - deyə xüsusi nümayəndə əlavə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər