Menyu

U-17 dünya çempionatı: İbrahim Həsənov final görüşünə çıxacaq

Operativ Media
U-17 dünya çempionatı: İbrahim Həsənov final görüşünə çıxacaq
1 dəq oxu

Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında bu gün qızıl medal uğrunda görüşə çıxacaq.

Operativ Media xəbər verir ki, 51 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü finalda iranlı Benyamin Mayvanla qarşılaşacaq.

Qeyd edək ki, yarışa bu gün Milli Gimnastika Arenasında yekun vurulacaq.

Daha əvvəl yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar.

Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.

Əlaqəli Xəbərlər