Menyu

Rusiyanın müvəqqəti işlər vəkili İsveç XİN-ə çağırılıb

Operativ Media
Rusiyanın müvəqqəti işlər vəkili İsveç XİN-ə çağırılıb

Ukraynanın bu yaxınlarda atəşə tutulması və NATO-nun üzv ölkələrinin hava məkanının pozulması ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkili İsveç Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Operativ Media xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətindən bildirilib.

"Rusiyanın Ukraynanı bu yaxınlarda atəşə tutması, nəticədə dinc sakinlərin həlak olması və xəsarət alması, həmçinin mülki infrastrukturun hədəf alınması ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkili bu gün İsveç XİN-ə çağırılıb", - məlumatda deyilir.

Qeyd olunur ki, avqustun 1-nə keçən gecə Kiyevə endirilən zərbələr nəticəsində Litva səfirliyinin binasına ziyan dəyib, avqustun 24-də isə Slavyanskda Latviyanın fəxri konsulluğunun binası dağıdılıb.

İsveç XİN Rusiyanın Ukraynaya zərbələrini, eləcə də Rusiya tərəfindən NATO üzrə müttəfiqlərin hava məkanının bu yaxınlarda pozulmasını pisləyib və Moskvanı beynəlxalq humanitar hüquqa riayət etməyə çağırıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər