Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - YENİLƏNİB
Operativ Media
Novorossiysk yaxınlığında hücuma məruz qalan "Nadejda" gəmisində olan 23 dənizçi Rusiya limanına təxliyə edilib.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyi məlumat yayıb.
22:18
Türkiyədən Rusiyaya meyvə və tərəvəz daşıyan "NADHEZNA" adlı Ro-Ro tipli yük gəmisi Qara dənizdə dron hücumuna məruz qalıb.
Operativ Media xəbər verir ki, hücum nəticəsində gəmidə yanğın baş verib, ekipajın dörd üzvü yaralanıb.
Yaralananlardan üçünün Türkiyə vətəndaşı olduğu bildirilir.
Məlumata görə, gəmi Türkiyənin Samsun limanından Rusiyanın Novorossiysk şəhərinə hərəkət edirdi. Hücum Novorossiyskdən 30 dəniz mili məsafədə baş verib.
Hadisə ilə bağlı rəsmi araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net