Menyu

Kirayə mənzillər 16 dəqiqə 22 saniyə ərzində seçilib

Operativ Media
Kirayə mənzillər 16 dəqiqə 22 saniyə ərzində seçilib

Bu gün İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən keçirilən satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzillərin seçimi prosesi uğurla başa çatıb.

İpoteka və Kredit Zəmanət Fondu və “AzInTelecom” MMC-dən Operativ Media-ya verilən məlumata görə, qeyd edilən seçim prosesində Azərbaycanda ilk dəfə olaraq İKZF-nin təşəbbüsü ilə yaşayış sahələrinin kütləvi seçimi zamanı SİMA rəqəmsal imzanın üztanıma texnologiyası tətbiq edilib. Yeni həll sayəsində vətəndaşlar yaşayış sahələri üçün müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksionallığı ilə təsdiqləyiblər.

Bu günkü seçim prosesində Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 184 yeni, tam təmirli mənzil vətəndaşların seçiminə təqdim olunub. Yaşayış sahələri vətəndaşlar tərəfindən “Elektron ipoteka və kredit zəmanət” sistemində 16 dəqiqə 22 saniyə ərzində seçilib və bütün müraciətlər qaydalar çərçivəsində tamamlanıb. 

Qeyd edək ki, bu yanaşma, prosesin təhlükəsizliyinin və şəffaflığının təmin olunmasına, xüsusi proqram təminatlarından istifadə edilməsinə, həmçinin yaşayış sahələrinin seçimi prosesində yarana biləcək sui-istifadə hallarının və seçim prosesinə kənar müdaxilə riskinin qarşısının alınmasına töhfə verib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər