Menyu

Rizvan Nəbiyev: Kassisin səfəri Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlara verilən qiymətdir

Operativ Media
Rizvan Nəbiyev: Kassisin səfəri Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlara verilən qiymətdir

İsveçrə Konfederasiyası Federal Şurasının üzvü, Federal Xarici İşlər Departamentinin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassisin Azərbaycana səfəri həm ikitərəfli əlaqələr, həm də regional diplomatiya baxımından mühüm əhəmiyyət daşıyır.

Bu barədə Operativ Media-ya açıqlamasında deputat, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib.

Onun sözlərinə görə, Kassisin ATƏT-in fəaliyyətdə olan sədri kimi Bakıya səfəri təşkilatın Cənubi Qafqazda davamlı sülh və sabitliyin möhkəmləndirilməsinə verdiyi əhəmiyyətin göstəricisidir.

Deputat qeyd edib ki, ATƏT-in Minsk Qrupunun və ümumilikdə Minsk prosesinin 2025-ci ildə faktiki və hüquqi baxımdan başa çatmasından sonra təşkilatın fəaliyyətdə olan sədri ilk dəfə Azərbaycana və regiona səfər edir.

Rizvan Nəbiyev vurğulayıb ki, bu səfər Azərbaycan və Ermənistanın artıq təxminən bir ildir sülh şəraitində yaşadığı yeni siyasi reallıqlar fonunda baş tutur.

“Bu səfər həm də Prezident İlham Əliyevin sülh və yeni əməkdaşlıq modelinin, onun nəticələrinin həm İsveçrə, həm də ATƏT tərəfindən dəyərləndirilməsidir”, – deyə deputat bildirib.

Onun fikrincə, İqnasio Kassisin səfəri İsveçrənin Azərbaycanın Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və beynəlxalq hüquqa əsaslanan sülh gündəliyinə verdiyi önəmi də nümayiş etdirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər