Azərbaycan ərazisindən Ermənistana və Ermənistandan 60 min ton yük daşınıb
Operativ Media
Son bir il ərzində Azərbaycan ərazisi vasitəsilə Ermənistana və Ermənistandan təxminən 60 min ton yük daşınıb.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ, Azərbaycan və Ermənistanın Ağ Evdə keçirilmiş Sülh Sammitinin birinci ildönümü ilə bağlı yaydığı Birgə Bəyanatda qeyd olunub.
Bildirilib ki, sammitin ruhuna uyğun olaraq, Azərbaycan Ermənistana münasibətdə bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb.
Bundan əlavə, Azərbaycan son bir il ərzində Ermənistana 20 min ton neft məhsulu tədarük edib.
Qeyd olunub ki, Azərbaycan və Ermənistan ikitərəfli ticarətin həcminin artırılması istiqamətində fəaliyyətlərini davam etdirirlər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net