Menyu

AFFA rəsmisi Tbilisidə UEFA klub yarışlarına hazırlığı yoxlayıb

Operativ Media
AFFA rəsmisi Tbilisidə UEFA klub yarışlarına hazırlığı yoxlayıb
1 dəq oxu

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov avqustun 8-9-da UEFA-nın matç direktoru qismində Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olub.

Operativ Media AFFA-ya istinadən xəbər verir ki, UEFA tərəfindən ezam olunan Elçin Məmmədov səfər çərçivəsində ötən mövsüm Gürcüstan çempionu olan “İberia” klubunun ev oyunlarını keçirdiyi Mixail Mesxi adına stadionu ziyarət edib. Əsas məqsəd arenanın 2026/2027-ci illər mövsümündə UEFA klub yarışlarının liqa mərhələsinin oyunlarını qəbul etməyə hazırlıq səviyyəsi ilə tanışlıq olub.

Səfər zamanı “İberiya” klubunun nümayəndələri ilə görüş də keçirilib. Görüşdə ötən mövsümlə müqayisədə yeni mövsümdə qaydalarda tətbiq olunacaq dəyişikliklər müzakirə edilib.

Əlaqəli Xəbərlər