Menyu

"Qarabağ" – "Dinamo" matçından öncəki mətbuat konfranslarının vaxtı açıqlanıb

Operativ Media
"Qarabağ" – "Dinamo" matçından öncəki mətbuat konfranslarının vaxtı açıqlanıb

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Dinamo” (Kiyev, Ukrayna) matçından əvvəl təşkil olunacaq mətbuat konfransları və media üçün açıq məşqlərin cədvəli bəlli olub.

​Operativ Media xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun jurnalistlər qarşısına çıxışı avqustun 12-də saat 13:30-da “Azersun Arena”da gerçəkləşəcək. Komandanın ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olan məşq prosesi isə həmin gün saat 18:45-də eyni məkanda tutacaq.

​Ukrayna klubunun baş məşqçisi İqor Kostyukun mətbuat konfransı avqustun 12-si saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Kiyev təmsilçisinin media üçün açıq olan məşq hazırlığı isə saat 17:30-da start götürəcək.

​Jurnalistlər akkreditasiya vəsiqələrini avqustun 12-də saat 10:00-dan 16:00-dək “Azersun Arena”nın media otağından götürə bilərlər.

​Xatırladaq ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Qarabağ” – “Dinamo” qarşılaşması saat 20:00-da başlayacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər