"Real Madrid" yeni mövsüm üçün futbolçuların forma nömrələrini açıqlayıb
İspaniyanın "Real Madrid" klubu 2026/2027-ci illər mövsümü üçün heyətdə yer alan futbolçuların forma nömrələrini ictimaiyyətə təqdim edib.
Operativ Media xəbər verir ki, yeni təyinatlara əsasən, hücumçulardan Yan Diomande 25, Karlos Espi isə 19 nömrəli formanı geyinəcək. Yarımmüdafiə xəttində yer alan Bernardu Silva 20 nömrə altında çıxış edəcək.
Müdafiəçilərin seçiminə gəlincə, Denzel Dümfris 24, Ibrahima Konate 16, Mark Kukurelya isə 17 nömrəni götürüb. Klubdan ayrılan David Alabanın əvvəlki 14 nömrəli forması isə digər müdafiəçi Din Heysenə həvalə olunub.
Qeyd edək ki, "Kral klubu" 2025/2026-cı illər mövsümündə İspaniya çempionatını 86 xalla ikinci sırada tamamlayıb. Yay fasiləsində komandanın baş məşqçi postuna 2010–2013-cü illərdə də Madrid təmsilçisini çalıdırmış Joze Mourinyo gətirilib.