Menyu

Deputat: Azərbaycan və İranı birləşdirən ortaq dəyərlər dəyişməzdir

Operativ Media
Deputat: Azərbaycan və İranı birləşdirən ortaq dəyərlər dəyişməzdir

Azərbaycanla İranı birləşdirən ümumi tarixi, mədəni və dini bağlar var. İranda çox sayda azərbaycanlının yaşaması da bizim üçün önəmli məsələlərdən biridir. 

Bu sözləri Operativ Media-ya deputat Aydın Mirzəzadə deyib.

O bildirib ki, Azərbaycan hər zaman İranın suverenliyinə hörmətlə yanaşıb, onun daxili işlərinə qarışmamaq mövqeyini nümayiş etdirib və İranla bağlı məsələlərin yalnız diplomatik yollarla həll edilməsinin tərəfdarı olub:

“Bir müddət əvvəl İranın üzləşdiyi ağır vəziyyət zamanı Azərbaycan İrana humanitar yardım göndərən ilk ölkələrdən biri oldu. Azərbaycan öz imkanları ilə kifayətlənməyərək, digər ölkələrdən İrana göndərilən humanitar yardımların ölkə ərazisindən keçərək çatdırılmasına da dəstək göstərdi. Bu, Azərbaycanın çətin günlərdə qonşu ölkənin yanında olduğunu nümayiş etdirən mühüm addımlardan biri idi.

Azərbaycan hər zaman İran rəhbərliyi ilə xoş qonşuluq münasibətlərinin qurulması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərib. Bu baxımdan, İran rəhbərliyinin və xüsusilə ölkə liderlərinin Azərbaycanla bağlı müsbət fikirlər səsləndirməsi yüksək qiymətləndirilir. Bu, eyni zamanda, İranda da Azərbaycanın xoş niyyətinin və dostluq mövqeyinin yüksək qiymətləndirildiyini göstərir.

Biz hər zaman İranın yanında olmuşuq və inanırıq ki, İran qarşılaşdığı problemlərin həllində öz cəmiyyətinin iradəsinə və daxili imkanlarına əsaslanacaq. İran Prezidentinin son fikirləri də bir daha göstərir ki, iki ölkə və iki xalq bundan sonra da mehriban qonşuluq, qarşılıqlı hörmət və çətin günlərdə bir-birinin yanında olmaq siyasətini davam etdirə bilər.

Bu, xalqların istəyidir. Həm Azərbaycan cəmiyyətinin, həm də İran vətəndaşlarının əsas gözləntilərindən biri mehriban qonşuluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişaf etdirilməsidir. Dövlət rəhbərlərinin qarşısında dayanan əsas vəzifələrdən biri də cəmiyyətlərdən gələn bu tələbi yüksək səviyyədə həyata keçirməkdir”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər