Donald Tramp Canni İnfantinonun FİFA rəhbərliyindən kənarlaşdırılmasına qarşı çıxıb
ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Futbol Federasiyasının (FİFA) rəhbəri Canni İnfantinonun vəzifəsindən əvəzlənməsi ehtimalını böyük bir səhv adlandırıb.
Operativ Media xəbər verir ki, bu barədə amerikalı lider "Truth Social" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Trampın sözlərinə görə, FİFA-nın İnfantinonu əvəzləmək variantını nəzərdən keçirməsi belə dəhşətli addım olardı. O vurğulayıb ki, mövcud prezident ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi Dünya Çempionatını əvvəlkilərdən dəfələrlə daha uğurlu şəkildə təşkil edib. Ağ Ev rəhbəri əlavə edib ki, İnfantinonun gedişi gələcək turnirlərin uğuruna və mənfəətinə ciddi zərbə vura bilər.
"New York Post" nəşrinin məlumatına görə, Tramp Dünya Çempionatı dövründə yaxınlaşdığı İnfantinonu BMT-nin növbəti baş katibi postunda görmək istəyir. Qəzet həmçinin iddia edir ki, FİFA rəhbəri vəzifəsini qorumaq üçün Vaşinqton administrasiyasının dəstəyini almağa çalışır və bu məqsədlə dəfələrlə Trampla telefon əlaqəsi yaratmağa cəhd edib.
Xatırladaq ki, İnfantino çempionatın hüquqlarının bir hissəsini özəl investorlara satmaq, o cümlədən 4,2 milyard dollar gəlir gətirməsi gözlənilən "FIFA Forward Enterprise" şirkətini qurmaq təklifindən sonra kəskin tənqidlərlə üzləşmişdi. Sonradan bu idyadan imtina edilsə də, jurnalist Romen Molinanın iddiasına görə, qurum daxilindəki dəstəyi itirən İnfantinonun istefası gündəmdədir.