Menyu

BDYPİ gözlənilən hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib

Operativ Media
BDYPİ gözlənilən hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bugündən etibarən ölkəmizin bəzi ərazilərində müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışların leysan xarakterli və intensiv olacağı gözlənilir.

BDYPİ-dən Operativ Media-ya bildirilib ki, bununla əlaqədar sürücülərdən hava şəraitini və yolun vəziyyətini nəzərə alaraq, nəqliyyat vasitələrini idarə edərkən xüsusilə diqqətli və ehtiyatlı olmaları xahiş olunur:

"Yağıntılı və görmə məsafəsinin məhdud olduğu şəraitdə sürət həddi aşağı salınmalı, nəqliyyat vasitələri arasında ara məsafəsi artırılmalı, qəfil manevrlərdən və kəskin tormozlamalardan çəkinilməli, avtomobilin işıq cihazlarından düzgün istifadə edilməlidir.

Eyni zamanda, piyadalardan da yollarda xüsusilə diqqətli və ehtiyatlı olmaları xahiş olunur. Yağışlı havada görmə məsafəsinin azalması və yol örtüyünün sürüşkən olması nəqliyyat vasitələrinin dayanma məsafəsinin artmasına səbəb ola bilər. Bu səbəbdən piyadalar yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli, yolun hərəkət hissəsinə qəfil çıxmamalı və keçid zamanı diqqəti yayındıran cihazlardan istifadə etməməlidirlər.

Bir daha yol hərəkəti iştirakçılarını gözlənilən əlverişsiz hava şəraitində yol hərəkəti qaydalarına ciddi əməl etməyə, diqqətli və məsuliyyətli davranmağa çağırırıq".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər