Xandanyan: Ermənistan və İran TRIPP layihəsi ilə bağlı qarşılıqlı anlaşma əldə ediblər
Operativ Media
Ermənistan və İran arasında TRIPP proqramı ilə bağlı qarşılıqlı anlaşma mövcuddur.
Operativ Media xəbər verir ki, bu barədə "Vətəndaş müqaviləsi" fraksiyasının deputatı Sarkis Xandanyan bildirib.
Xandanyan TRIPP çərçivəsində dəmir yolu tikintisinin İran və ABŞ arasındakı münasibətlərdən asılı olmadığını vurğulayıb.
"Dəmir yolu məsələsi gündəmdədir. Hazırda yer və texniki imkanlar öyrənilir, tədqiqatlar və texniki yoxlamalar başa çatdıqdan sonra tikintiyə başlanacaq. Burada heç bir siyasi maneə görmürəm", - deyə Xandanyan bildirib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma