“Sabah” litvalı basketbolçunu transfer edib
Operativ Media
“Sabah” heyətini yeni basketbolçu ilə gücləndirib.
Klubdan Operativ Media-ya verilən məlumata görə, Bakı təmsilçisi Mindauqas Susinskası transfer edib. Litvalı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mindauqas Susinskas karyerası ərzində ölkəsinin "Dzukiya”, "Prenay", Almaniyanın “Xemnits" və son olaraq İspaniyanın "Jirona" komandalarının formasını geyinib. 2,04 metr boya malik basketbolçu Almaniyada FIBA Avropa Kuboku təcrübəsi qazanıb və həmin turnirdə orta hesabla 11,3 xal, 4 ribaund və 2,5 asist ilə çıxış edib. Daha sonra İspaniyanın ACB liqasında 3 mövsüm keçirərək Avropa basketbolunun ən yüksək səviyyələrindən birində özünü sınayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net