ABŞ-də çoxmillətli zərbə dronları qrupu yaradılacaq
Operativ Media
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tarixində ilk dəfə çoxmillətli zərbə pilotsuz uçuş aparatları qrupu – "Task Force Falcon Strike" yaradacaq.
Operativ Media xəbər verir ki, bu barədə "CENTCOM" məlumat yayıb.
Bildirilib ki, yeni bölmə havada, suda və sualtında fəaliyyət göstərən birdəfəlik istifadə olunan zərbə dron sistemlərindən yararlanacaq. Qrupa ABŞ hərbçiləri ilə yanaşı, Yaxın Şərqdə Vaşinqtonun tərəfdaşı olan ölkələrin nümayəndələri də daxil olacaq.
CENTCOM komandanı admiral Bred Kuper bildirib ki, yeni qrup doqquz ay əvvəl yaradılmış "Scorpion Strike" bölməsinin inkişafı olacaq. Bu, Yaxın Şərqdə zərbə dronları üzrə ixtisaslaşmış ilk eskadrilyadır.
Onun sözlərinə görə, ABŞ artıq regiondakı tərəfdaşlarla məsləhətləşmələrə başlayıb və yeni ölkələr qrupa qoşulduqca onun imkanları genişlənəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net