İran ABŞ hərbçilərinin başına mükafat qoyub
Operativ Media
İran ordusunun Baş Qərargah rəisi Əmir Hatəmi əsir götürülən və ya öldürülən hər bir ABŞ əsgərinə görə iranlılara mükafat veriləcəyini vəd edib.
Operativ Media xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, ABŞ Silahlı Qüvvələrinin hər bir əsgərinə görə istənilən iranlı 30 min dollar ala biləcək. Hatəminin sözlərinə görə, mükafat üçün pul İran xalqı tərəfindən təmin olunacaq.
İran rəsmiləri daha əvvəl ABŞ Prezidenti Donald Trampın öldürülməsinə görə də mükafat təklif etmişdilər. Mayın 15-də deputat İbrahim Əzizi bildirmişdi ki, parlamentdə təklif olunan qanun layihəsinə 50 milyon avro məbləğində mükafat daxildir.
Amerikalı siyasətçi ilə yanaşı, siyahıya İsrailin Baş naziri Benyamin Netanyahunun və ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperin də adları daxil edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net