Menyu

Türkiyədə meşə yanğınları ilə bağlı 11 nəfər həbs edilib

Operativ Media
Türkiyədə meşə yanğınları ilə bağlı 11 nəfər həbs edilib
Türkiyədə iyunun əvvəlindən meşə yanğınlarının törədilməsində şübhəli bilinən 43 nəfər müəyyənləşdirilib, onlardan 11-i həbs olunub.

Operativ Media xəbər verir ki, bunu Türkiyənin Ədliyyə naziri Akın Gürlek deyib.

Nazirin sözlərinə görə, son bir həftə ərzində Adıyaman, Antalya, Aydın və Balıkesir də daxil olmaqla vilayətlərdə baş verən 10 meşə yanğını ilə bağlı araşdırmalar çərçivəsində 6 şübhəli barəsində iş açılıb. Onlardan 2-si həbs edilib.

Gürlek bildirib ki, iyunun 1-dən etibarən 22 vilayətdə baş verən 64 meşə yanğını ilə bağlı araşdırmalar zamanı ümumilikdə 43 şübhəli müəyyənləşdirilib. Onlardan 11-i həbs edilib, 18 nəfər barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub.

Türkiyədə yay aylarında meşə yanğınları əsasən ölkənin cənub və cənub-qərb bölgələrində baş verir. Yanğınlara isti hava və güclü külək səbəb olur.
Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər