Menyu

“Tvente” “Qarabağ”la əvvəlki oyunlarını xatırladı

Operativ Media
“Tvente” “Qarabağ”la əvvəlki oyunlarını xatırladı

Niderlandın "Tvente" klubu UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycanın "Qarabağ" komandası ilə keçiriləcək oyunlar öncəsi iki kollektiv arasındakı rəqabət tarixçəsini xatırladıb.

​Operativ Media xəbər verir ki, Niderland təmsilçisinin rəsmi saytında Ağdam klubunun onlara yaxşı bələd olduğu, ümumilikdə isə bu komandaların avrokuboklarda üçüncü dəfə üz-üzə gələcəyi bildirilib.

​Tərəflər arasında ilk matçın bundan düz 17 il əvvəl "Grolsch Veste" stadionunda baş tutduğu qeyd olunub. Həmin görüşdə Azərbaycan təmsilçisi hesabı açsa da, Brayan Ruisin dublu və Duqlasın qolu niderlandlılara 3:1 hesablı qələbə qazandırıb, cavab oyununda isə qapılara qol vurulmayıb və "Tvente" Avropa Liqasının qrup mərhələsinə adlayıb. 2014-cü ilin avqustunda isə püşkatma nəticəsində rəqiblər yenidən bir-biri ilə qarşılaşıblar; Bakıdakı ilk matçda qol qeydə alınmayıbsa, Enschede şəhərindəki cavab görüşü 1:1 hesabıyla bitib və səfər qolları qaydasına əsasən Azərbaycan təmsilçisi qrup mərhələsinə vəsiqə qazanıb. Həmçinin, əvvəlki mövsümün hazırlıq dönəmində Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində eyni gündə baş tutan iki yoxlama matçında komandalar hərəyə bir qələbə qazanıblar (2:3, 2:1).

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər