Menyu

Azərbaycan və Özbəkistan şəhərsalma əməkdaşlığında yeni mərhələyə qədəm qoyur

Operativ Media
Azərbaycan və Özbəkistan şəhərsalma əməkdaşlığında yeni mərhələyə qədəm qoyur

Avqustun 17-də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavinləri Dövlətxan Dövlətxanov və İlqar İsbatov Bakıda səfərdə olan Özbəkistan Respublikasının Daşkənd şəhər merinin müavini Azizxon Şovkatov ilə görüşüblər.

Şəhərsalma və Arxitektura Komitəsindən Operativ Media-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Özbəkistan arasında şəhərsalma və memarlıq sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Tərəflər ərazi planlaşdırması, dayanıqlı şəhər inkişafı və müasir şəhər mühitinin formalaşdırılması sahələrində peşəkar əməkdaşlığın, təcrübə mübadiləsinin və yeni birgə təşəbbüslərin genişləndirilməsi imkanlarına toxunublar.

Əsas diqqət Bakı şəhərində “Özbəkistan Parkı”nın və Daşkənd şəhərində “Azərbaycan Parkı”nın yaradılması layihələrinə, onların icra vəziyyətinə və qarşıdakı mərhələlərə yönəldilib. Bildirilib ki, bu layihələrin əhatə etdiyi ərazilər iki ölkə arasında dostluğun, qardaşlığın və qarşılıqlı hörmətin rəmzi olmaqla yanaşı, hər iki paytaxtın sakinləri və qonaqları üçün müasir istirahət məkanlarına çevriləcək.

Həmçinin cari ilin may ayında Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) əhəmiyyəti də qeyd olunub. Forumun tarixində ilk dəfə dövlət və hökumət başçıları səviyyəsində təşkil edilən “Liderlər Seqmenti”ndə Özbəkistan Respublikası Prezidentinin iştirakının iki ölkə arasında şəhərsalma sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yeni imkanlar yaratdığı vurğulanıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər