Menyu

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir?

Nicat Hüseynli
 Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir?

Bəzi sürücülərin qayda pozuntularından yayınmaq məqsədilə avtomobillərinin dövlət qeydiyyat nişanını gizlədən qurğulardan istifadə etdiyi müəyyənləşib.

Operativ Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, son zamanlar bu cür vasitələrin sosial şəbəkələrdə satışa çıxarılması da müşahidə olunur.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qanunvericiliyə əsasən dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən hər hansı örtük və ya qurğudan istifadə etmək, həmçinin nəzarət və ölçmə vasitələrindən yayınmaq məqsədilə nişanın üzərini bağlamaq qadağandır.

İdarənin məlumatına görə, bəzi sürücülərin stasionar və mobil nəzarət vasitələrinin yerləşdiyi ərazilərdən keçərkən dövlət qeydiyyat nişanını qəsdən gizlətməyə və ya onun oxunmasını çətinləşdirməyə çalışması müşahidə olunur.

Qeyd edilib ki, dövlət qeydiyyat nişanına müdaxilə məsuliyyətdən yayınmağa imkan vermir və əksinə, ayrıca inzibati məsuliyyət yaradır.

İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtük və ya qurğulardan istifadəyə görə inzibati məsuliyyət nəzərdə tutulur.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri dövlət qeydiyyat nişanına müdaxilə etməkdən, onun üzərini bağlamaqdan və görünüşünü çətinləşdirən vasitələrdən istifadə etməkdən çəkinməyə çağırıb.

Ətraflı videoda:

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər