Menyu

Barselona-İrəvan reysi təyyarənin zədələnməsi səbəbindən 12 saatdan çox gecikib

Operativ Media
Barselona-İrəvan reysi təyyarənin zədələnməsi səbəbindən 12 saatdan çox gecikib

Barselona-İrəvan reysi avqustun 17-də İrəvana 12 saatdan çox gecikmə ilə çatıb.

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, sərnişinlərin sözlərinə görə, "FlyOne Armenia" aviaşirkətinə məxsus təyyarə fırtınaya və doluya düşüb, nəticədə ön şüşəsi çatlayıb və təyyarənin qabaq hissəsi zədələnib.

"Bizə dedilər ki, bu təyyarə ilə uçmaq son dərəcə təhlükəlidir, onun təmirə ehtiyacı var və bu da çox vaxt aparacaq. İrəvandan Barselonaya yeni təyyarə gələnədək 6 saatdan çox gözləməli olduq və həmin təyyarə ilə qayıtdıq", - deyə sərnişin bildirib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər