Maks Ferstappen "Red Bull" ilə müqaviləni uzadıb
Operativ Media
"Formula 1" üzrə dördqat dünya çempionu Maks Ferstappen karyerasını yenə də Avstriya təmsilçisində davam etdirəcək.
Operativ Media xəbər verir ki, "Red Bull" komandası niderlandlı pilotla imzalanan yeni sözləşmənin müddətinin 2030-cu ilin sonunadək nəzərdə tutulduğunu rəsmən açıqlayıb.
Xatırladaq ki, 28 yaşlı sürücünün əvvəlki müqaviləsi 2028-ci ildə başa çatmalı idi. O, 2016-cı il mövsümünün gedişində "Toro Rosso"dan (indiki "Racing Bulls") "Red Bull"a keçib. Bu müddət ərzində pilot komandanın heyətində 71 qələbə qazanıb. Qeyd edək ki, avqustun 22–23-də keçiriləcək Niderland Qran-prisi idmançının doğma yarışına çevriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net