Menyu

Azərbaycanda sağlamlıq turizminin inkişafı üzrə yeni strategiya hazırlanır

Operativ Media
Azərbaycanda sağlamlıq turizminin inkişafı üzrə yeni strategiya hazırlanır

Azərbaycanda sağlamlıq turizminin (tibbi və rifah) inkişafı üçün kompleks tədbirlərin icrasına başlanılır.

Operativ Media xəbər verir ki, "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"na əsasən, bu sahədə mövcud vəziyyət araşdırılacaq, sağlamlıq turizminin inkişafı strategiyası və fəaliyyət planı hazırlanaraq həyata keçiriləcək.

Sənəddə tibb müəssisələrinin akkreditasiyası üzrə normativ hüquqi aktların tibbi turizm istiqamətində təkmilləşdirilməsi nəzərdə tutulur. Həmçinin tibbi turizm xidməti göstərən müəssisələrin beynəlxalq akkreditasiya və sertifikatlaşma hazırlığına dövlət dəstəyi veriləcək.

Proqram çərçivəsində sağlamlıq turizminin davamlı inkişafını təmin etmək məqsədilə müxtəlif yerli və beynəlxalq tədbirlərin təşkili də planlaşdırılır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər