Azərbaycanda qastronomiya turizmi inkişaf etdiriləcək
Azərbaycanda yerli kulinariya ənənələrinin təbliği və qastronomiya turizminin inkişafı üzrə genişmiqyaslı tədbirlərin icrasına başlanılır.
Operativ Media xəbər verir ki, "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"na əsasən, ölkədə qastronomiya festivalları və tədbirləri təşkil olunacaq, seçilmiş restoran və ictimai iaşə obyektlərinin beynəlxalq restoran bələdçilərinə inteqrasiyası təmin ediləcək.
Sənəddə aşpazların peşə qabiliyyətlərinin artırılması, Kulinariya üzrə Milli Komandanın beynəlxalq yarışlarda təmsilçiliyi, habelə sahə üzrə maddi-texniki təminatın və təcrübə mərkəzlərinin yaradılması nəzərdə tutulur. Parallel olaraq, “Milli dadlar” elektron qastronomiya portalı da təkmilləşdiriləcək.
Bu tədbirlərin icrası nəticəsində turizm məhsullarının çeşidinin artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi, mövsümiliyin azaldılması və turistlərin ölkədə səyahət müddətinin uzadılması hədəflənir.
dəqiqələr içində saytın olsun.