Azərbaycanda “Rəqəmsal səyyah” vizası təsis ediləcək
Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində beynəlxalq turizm trendlərinə uyğun olaraq ölkənin viza sistemində mühüm yenilik edilir.
Operativ Media xəbər verir ki, pandemiyadan sonra dünyada sürətlə yayılan məsafədən iş rejimini nəzərə alaraq, xarici mütəxəssislər və frilanserlər üçün xüsusi “rəqəmsal səyyah” (digital nomad) viza altnövünün təsis edilməsi planlaşdırılır.
Bunu da oxu: Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib
Yeni viza növü yüksək həyat keyfiyyəti və əlverişli şərait axtaran xarici mütəxəssislərin Azərbaycanda uzunmüddətli qalmasını və məsafədən çalışmalarını asanlaşdıracaq.
Bu addım ölkəyə yüksək alıcılıq qabiliyyətinə malik yeni turist seqmentinin cəlb olunmasına xidmət edəcək.
dəqiqələr içində saytın olsun.