"Napoli" İtaliya millisinin yarımmüdafiəçisi Favasulini icarəyə götürüb
Operativ Media
"Napoli" klubu "Katanzaro"nun futbolçusu Kostantino Favasulini heyətinə qatıb.
Operativ Media xəbər verir ki, transfer 22 yaşlı oyunçunun mövsümün sonunadək icarəyə verilməsi və sonradan transfer hüququnun məcburi alınması şərti ilə reallaşıb.
"Fiorentina" məktəbinin yetirməsi olan və İtaliyanın gənclər yığmalarında iki dəfə forma geyinmiş yarımmüdafiəçi ötən mövsüm B Seriyasında "Katanzaro"nun heyətində 36 qarşılaşmada meydana çıxaraq 5 qola imza atıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma