Qazaxıstanda növbədənkənar parlament seçkiləri keçirilir
Operativ Media
Qazaxıstanda birpalatalı parlamentə - Qurultaya növbədənkənar seçkilər keçirilir.
Operativ Media xəbər verir ki, ölkə üzrə ümumilikdə 10 423 seçki məntəqəsi fəaliyyətə başlayır.
Onlardan 79-u 61 xarici dövlətdəki Qazaxıstan nümayəndəliklərinin nəzdində yaradılıb.
Səsvermə səhər saat 07:00-da başlayıb və saat 20:00-dək davam edəcək.
Seçkilərdə 12 605 788 seçicinin səs verməsi gözlənilir.
Qurultaya seçkilərdə deputat mandatları uğrunda 7 siyasi partiya mübarizə aparır: “Ədalət”, “Aul”, “Baytak”, “Ak Jol”, Ümumrespublika Sosial-Demokrat Partiyası (OSDP), Xalq Partiyası (NPK) və “Respublika”.
Qurultaya seçkiləri 42 xarici dövlətdən və 13 beynəlxalq təşkilatdan 777 beynəlxalq müşahidəçi izləyəcək. Müşahidəçilər arasında 41 ölkənin parlamentinin 138 deputatı da var.
Qazaxıstan Mərkəzi Seçki Komissiyası saat 10.00-a seçici fəallığının 17,96% olduğunu açıqlayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net