Prezident İlham Əliyev Özbəkistana səfər edəcək
Operativ Media
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 23-24-də Özbəkistanda səfərdə olacaq.
Operativ Media xəbər verir ki, səfər çərçivəsində Daşkənddə yüksək səviyyəli danışıqların, həmçinin Azərbaycan və Özbəkistan liderlərinin sədrliyi ilə Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi nəzərdə tutulur.
Zirvə görüşünün gündəliyinə Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi və genişləndirilməsi məsələləri daxil edilib.
Danışıqların yekununda bir sıra mühüm sənədlərin imzalanması, eləcə də iqtisadi və humanitar layihələrin başlanması planlaşdırılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net