Menyu

Xalq artisti Şükufə Yusupova qəza keçirib, vəziyyəti ağırdır

Operativ Media
Xalq artisti Şükufə Yusupova qəza keçirib, vəziyyəti ağırdır
1 dəq oxu

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Xalq artisti, "Şöhrət" ordenli aktrisa Şükufə Yusupova ağır yol nəqliyyat hadisəsi keçirib.

Operativ Media xəbər verir ki, bu barədə  Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

“Hazırda vəziyyəti ağırdır, Musa Nağıyev adına xəstəxanaya yerləşdirilib, əməliyyat tələb olunur. 

Aidiyyəti qurumlardan dəyərli aktrisamıza dəstək olmağı çağırırıq. 

AKİ adından Şükufə xanım Yusupovaya şəfa diləyirik”, - məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər