Menyu

Bəzi ixtisaslar üzrə keçid balları yüksələ bilər - VİDEO

Nicat Hüseynli
Bəzi ixtisaslar üzrə keçid balları yüksələ bilər - VİDEO

Ali təhsil müəssisələrinə qəbul üzrə ixtisas seçimi başa çatıb. Bu il bəzi ixtisaslar üzrə keçid ballarının yüksələcəyi gözlənilir.

Operativ Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, 87 139 abituriyent ixtisas seçimi edib, plan yerlərinin sayı isə 61 516-dır. Bu, abituriyentlərin sayının plan yerlərindən 25 623 nəfər çox olduğunu göstərir.

Ekspertlərin sözlərinə görə, ən yüksək rəqabət III ixtisas qrupunun DT və TC altqruplarında olacaq. Xüsusilə regionşünaslıq ixtisası üzrə keçid ballarının ciddi artacağı proqnozlaşdırılır.

Data analitikası, informasiya texnologiyaları, mühəndislik və kompüter elmləri kimi ixtisaslarda da yüksək keçid balları gözlənilir.

I qrupun RK altqrupunda 200-dən aşağı bal toplayanlar arasında, həmçinin balıqçılıq, meşəçilik və aqronomluq ixtisaslarında rəqabətin artacağı bildirilir.

Qarabağ Universitetində hüquqşünaslıq üzrə 600, pedaqoji ixtisaslar üzrə 400-450 bal limitinin tətbiq edildiyi qeyd olunur.

İxtisas seçiminin nəticələri qarşıdakı günlərdə açıqlanacaq.

Ətraflı videoda:

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər