Elektromobillərə maraq niyə azalır? - VİDEO
Azərbaycanda elektromobillərə maraq artsa da, infrastruktur, servis və qiymətlərlə bağlı problemlər alıcıların seçimlərinə təsir edir.
Operativ Media "İctimai TV"yə istinadən xəbər verir ki, ölkə üzrə enerji doldurma məntəqələrinin sayı 1000-ə yaxınlaşsa da, bəzi regionlarda stansiyaların azlığı və elektrik enerjisinin zəifliyi elektromobil sahibləri üçün çətinlik yaradır.
Mütəxəssislərin sözlərinə görə, paytaxtda enerji doldurma məntəqələrində yaranan növbələr və regionlarda infrastrukturun yetərli olmaması elektromobillərin hibrid avtomobillərlə rəqabətdə geri qalmasına səbəb olur.
Digər problem isə elektromobillərin texniki xidməti və ehtiyat hissələrinin qiymətləri ilə bağlıdır. Bu amillər də alıcıların hibrid modellərə üstünlük verməsinə təsir göstərir.
Bundan başqa, elektrik və hibrid avtomobillərə tətbiq olunan güzəştlərin başa çatması qiymətlərə təsir edib. 18 faizlik ƏDV-nin tətbiqi xüsusilə bahalı elektromobillərin qiymətinin artmasına səbəb olub.
Nəticədə alıcıların seçimində dəyişiklik yaranıb və daha münasib qiymətli, əsasən Çin istehsalı olan hibrid modellərə maraq artıb.
Beləliklə, elektromobillərə seçim zamanı alıcıların emosional yanaşmadan daha çox qiymət, infrastruktur və texniki xidmət imkanlarını nəzərə aldığı bildirilir.
Ətraflı videoda:
dəqiqələr içində saytın olsun.