Menyu

Pensiya kapitalından pensiya yaşına qədər istifadə təklif olunur - VİDEO

Nicat Hüseynli
Pensiya kapitalından pensiya yaşına qədər istifadə təklif olunur - VİDEO

Pensiya kapitalı müəyyən həddə çatdıqda vətəndaşlara pensiya yaşına çatmadan həmin vəsaitin bir hissəsindən istifadə etmək imkanı verilməsi təklif olunur.

Operativ Media "ATV Xəbər"ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində müzakirə olunub.

Təklifə əsasən, orta pensiya kapitalından artıq toplanan vəsaitin mənzil alınması, kreditlərin bağlanması, təhsil və səhiyyə xərclərinin ödənilməsi kimi məqsədlər üçün istifadəsinə imkan yaradılması nəzərdən keçirilir.

Digər təklif isə şəxs pensiya yaşına çatmadan vəfat etdikdə onun topladığı pensiya kapitalının ən azı 30 faizinin varisə verilməsidir.

Millət vəkilləri bildiriblər ki, təkliflərin həyata keçirilməsi üçün maliyyə qiymətləndirməsi aparılmalıdır.

Ekspertlər isə bu yanaşmanın mövcud icbari pensiya sisteminin mahiyyətinə uyğun olmadığını bildirərək, pensiya yaşına və pensiyanın hesablanması qaydalarına yenidən baxılmasını təklif edirlər.

Ətraflı videoda:

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər