Rusiya Ermənistana nota verib
Rusiya Ermənistan tərəfinə etiraz notası göndərib.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuata açıqlamasında bildirib.
Notaya səbəb Ermənistan nümayəndə heyətinin Ukraynanın Buça şəhərinə səfər etməsi olub.
"Biz İrəvanın Nor-Nork inzibati dairəsinin rəhbərlərinin Buçs şəhərinə səfərini, burada Rusiya barədə ünvanlanan qəbuledilməz bəyanatları, Kiyevə humanitar yardımın göstərilməsini rəsmi İrəvanın açıq-aşkar qeyri-dost addımı kimi qiymətləndiririk", - Zaxarova deyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net