Menyu

ABŞ Ukraynaya daha bir “Patriot” hava hücumundan müdafiə batareyasını göndərəcək

Nərmin Qocamanlı
ABŞ Ukraynaya daha bir “Patriot” hava hücumundan müdafiə batareyasını göndərəcək

ABŞ prezidenti Co Bayden “Patriot” zenit-raket kompleksinin (SAM) daha bir batareyasının Ukraynaya göndərilməsini təsdiqləyib.

"Operativ Media" xəbər verir ki, bu barədə “New York Times” prezident administrasiyasındakı və Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, hava hücumundan müdafiə sisteminin təhvil verilməsi barədə qərar ötən həftə Vaşinqtonda ABŞ-ın müdafiə qabiliyyətinə təhlükə yaratmadan Ukraynaya necə kömək etmək barədə keçirilən yüksək səviyyəli görüş və danışıqlardan sonra qəbul edilib.

Məlumata görə, bu, ABŞ-ın Ukraynaya ötürdüyü ikinci "Patriot" sistemidir və rotasiya qüvvələrini qorumaq üçün Amerika qoşunlarının yerləşdirildiyi Polşadan gətiriləcək. Batareyanın yaxın bir neçə gün ərzində Ukraynanın cəbhə xəttlərinə yerləşdiriləcəyi gözlənilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər